İki avtomobil toqquşub: Ölən və yaralananlar var 

13:38 13.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində "BMW" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, aprelin 11-də saat 18 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndi ərazisində Topalhəsənli kənd sakini R.İsmayılovun idarə etdiyi “BMW” və Qaraqocalı kənd sakini Rafət Kərimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə R.Kərimov hadisə yerində ölüb, digər sürücü və 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.